Gözüm üstə yerin var
Gözüm üstə yerin var
O məsum gözlərə göz vurur gözüm, Köksümdə közərir kömürüm, közüm, Ox deyən oğlanda olarmı dözüm, Dözümün də dönməyi var, ay gözəl. Günəş batar, baxt da yatar, bilginən, Öz əlinlə göz yaşlarım silginən, Sevgi dolu bu sinəmdə silkinən Sözümün də sönməyi var, ay gözəl. Payız fəsli, yetişibdi üzümlər, Yaxan üstə o nə salxım, düzümlər? Çöhrən üstə çən-çiskindi çözümlər, Üzümün də çönməyi var, ay gözəl. Göz, əllərə söz qoşulub əzəldən, Gözəllərə söz qoşulub qəzəldən, Göz doyarmı gözəllikdən, gözəldən, Gözüm üstə öz yerin var, ay gözəl. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Faxralı 06.10.2011-ci il |
Gözəllərə söz qoşulub qəzəldən,
Göz doyarmı gözəllikdən, gözəldən,
Gözüm üstə öz yerin var, ay gözəl.
HANGİ SEVGİLİNİN GÖZÜNÜN ÜZERİNDE YERİ YOK Kİ SEVDALIGININ.
KUTLUYORUM GÜZEL BİR ŞİİR OKUDUM.
YÜREGİNİZE SAĞLIK.