Birtəhər dünyadı
Birtəhər dünya
Dindirməsən danışmaram, Yandırmasan alışmaram, İşlərinə qarışmaram, Belə birtəhər dünyasan. Həm qədər dünyasan, həm hədər dünya, Həm kədər dünyasan, həm təhər dünya, Həm zəqqum dünyasan, həm zəhər dünya, Birtəhər dünyasan, birtəhər dünya. Bir üzü sulusan, bir üzü quru, Bir üzü bulanlıq, bir üzü duru, Aləmə yayılan üzünün nuru, Birtəhər dünyasan, birtəhər dünya. Yaşı, həm yaddaşı uludan ulu, Yırtılan çuxası, didilən çulu, Mənasız mələdən quldarı qulu, Birtəhər dünyasan, birtəhər dünya. Gah zülmət dünyasan, gah səhər dünya, Gah məğlub dünyasan, gah zəfər dünya, Səngərli səfalət, həm səfər dünya, Birtəhər dünyadı, birtəhər dünya. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ |