Gül dərən
Gül dərən
Siyah saçı sinəsinə Dağılıbdı, tellər pərən, Şirin dinib, şirin gülən, Nə şirinsən a gül dərən. Gümüş zülfü günə sərən, Gərgin varmı məntək görən? Güdazına gedərəm mən, Gülərüzlü a gül dərən. Gülmək sənə çox yaraşır, Çax sinəmə, ox yaraşır, Yalan desəm, yox yaraşır, Yaman günüm, a gül dərən. Gərilərək, gərdən gərən, Sürtdün sürmən, bəyaz sinən, Yaz yaxanı dəstələsən, Dərdin alım, a gül dərən. Ləbin gülün ləçəyidi, Dilin şehli çiçəyidi, Gözün göllər göyçəyidi, Gözəl–göyçək a gül dərən. Göz eyləsəm gözüm çıxsın, Kül altından közüm çıxsın, Niyə söhbət, sözüm çıxsın, Gənclik getdi, a gül dərən. Başı bağlı, örtüklərə, Hörmətim var hörüklərə, Atma kömür körüklərə, Kölən ollam a gül dərən. Buraxma başlı - başına, Qurbanam kiprik, qaşına, Qarışaram göz yaşına, Yalvarıram a gül dərən. Gül də dəstə, bel də dəstə, Boyan normal, boy da bəstə, Bəs deyincə de ahəstə, Ah çəkdirmə a gül dərən. Bət-bənizin dümağ kağız, Say sayəndə sayrı, sağız, Ay qız desən bircə ağız, Ayıbdımı a gül dərən? Durna gözlüm, durumum zor, Sən od - alov, mən isə qor, Görk olanı götürməz gor, Durma belə, a gül dərən. Bir özünü, bir məni gör, Bur, burmala birçəyin hör, Səngərlinin gününü gör, Görk olmayaq, a gül dərən. ~~~~~~~~~~~~~~~~~~~~~ Bakı, 16.09.2011-ci il |
Sən od - alov, mən isə qor,
Görk olanı götürməz gor,
Durma belə, a gül dərən.
harika...kutlarım...saygılar...