Söylə dilim
Söylə dilim
Pıçıldaşan söyüdlərə, A lal dilim, lala söylə, Çox balalar çəkib başın, A bal dilim, bala söylə. Yorğa atlar nal salıbdı, Ürəyinə xal salıbdı, Zatıqırıq, zalımlardan, A zal dilim, Zala söylə. Vələdizna vəhy, vəhdlə, Peysərlərdən peyman, əhdlə, Cibgirlərdən ciddi - cəhdlə Cin, şeytana, hala söylə. Laçın yurdu sara qalıb, Qərtməkləmiş yara qalıb, Hay çəkməyə hara qalıb? Laçınlara layla söylə. Qarğa-quzğun qan eyləyir, Tülkülər tüğyan eyləyir, Şikəst gəlir şir üstünə, Basılmazdı qala söylə. Əşi, əlvan otaqları Altun, almaz yataqları, Nərə udur çapaqları, Varmı dərdə çara, söylə. Maskalanıb, mələk donda, Sahib olmuş yatır, fonda, Pul ondadı, para onda, Payın parça, para söylə. Cocux - mocux coşdu, əsdi, Yıxdığını basdı, kəsdi, Ey Səngərli, yetər, bəsdi, Dünya qalmaz belə söylə. ~~~~~~~~~~~~~~~~~~~~ |