Əldən gedər
Əldən gedər
Göyçəyəm deyərək özünü öymə, Görərsən gözəllik, göz əldən gedər. Gözəlliy ötəri, çox da güvənmə, Ay gözəl, nə getsə gözəldən gedər. Sinəm mərmər deyib, döşünə döymə, Boyum çinar deyib, çirkini söymə, Gümrahlıq, cül camal, o gül əndamın, Manikür - pedikür, mal əldən gedər. Yaxşıca qulağ as, ay yaraşıqlı, Dövlət əldən gedər, var əldən gedər, Namus əldən gedər, nar əldən gedər, Yarıtmaz yanında yar əldən gedər. Hər könül bir bağdı, bağbanı bülbül, Aşiqdi ona da bir qönçə, bir gül, Gülümsə ay gülüm, barı sənsə gül, Baxımsız bağlarda bar əldən gedər. Varsa da əzəmət hər uca dağda, Dad - aman əlindən dağılar dağ da. Ər oğlu ər olar, qara da, ağ da, Əriyər dağlarda qar əldən gedər. Naməhrəm əlində işvə, naz - qəmzə, Qəbahət işləyər işdə qəlizə, Qədrini nə bilər hər keçəl Həmzə, Həya əldən gedər, ar əldən gedər. Bir sözdü deyirəm qalsın əmanət, Vicdanı olmayan verməz zəmanət. Sevənlər sevdiyin sözdə sevməsin, Gələr zamanı da, söz əldən gedər. Atalar demiş ki, gözəlliy ondu, Onsuz da onun da doqquzu dondu, Sonalı göllərin solmağı sondu, Səngərli, soyuyar, gül əldən gedər. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 18.05.2011 10:15 |