Oğuz elləri
Oğuz elləri
Bilirəm, binədən bir himə bənddi, Obadı, oymaqdı, şəhərdi, kənddi, Kəhrizi şərbətdi, şəkərdi, qənddi, Qənimət, qənimdi oğuz elləri! Bəbəsi də ta beşikdən, bələkdən Sevinərlər saz çıxanda köynəkdən, Sənətkardı baş çıxaran sənətdən, Sazəndə, sazbənddi oğuz elləri! Qonaxlı - qaralı çeşmələr üstə, Qorqudun qopuzu qolları üstə, Ünvanlı nəğmələr xoş avaz üstə, Oxuyan, ozandı, oğuz elləri! Çənlibeldə qoç Koroğlu, təkdi, tək, Babəklərin babları Bamsı Beyrək, Ər oğullar ərlər əkdi, qəsri Ərk, Basılmaz ordudu oğuz elləri! Bir yanı yaylaxlar, yaşıl talalar, Elə gəl-gəl deyir güllər, lalalar, Bir yanı basılmaz, qanlı qalalar, Keçilməz ormandı oğuz elləri! Qiymə - qiymə doğrasalar ətimi, Danmaram əslimi, kökü, zatımı, Unudarsam əgər Doğu, Batını, Batsın başım başdan oğuz elləri! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ |