QIL(54)ərdəm çanı səs saldı, xəyal çin çana uşdum; çaşdim biləil sanki qaramsu yana üşdüm. hər bir lələyimdir yücə ərdəm kimi sandım, oldu bu nədən yerdə didərgin ana üşdüm. sandım saracaq səs məni səssiz necələrdə, yersizcə öyündüm sana, sansız sana üşdüm. yoxbil tuzağından yaxa biçmək diləyirkən, çaşbaşlıq içində yenə handan hana üşdüm. mən damlasina düşdü əsir mən çaba çaldım, qurtadım özü amma dəniz boy qana üşdüm. mən-mən qılını qırdığım andan öz olur biz, bizdən ötərək, sizlə qopuzqu bana üşdüm. M.Ərğəvan DIVANI-ƏRĞVAN(54) |