ÇATI(53)toxudum bir yücə aşqımla yenə us çatısın; biçəmir dərzi bu gün söz boyuna sus çatısın. çün düşür dil ucuna söz be girov tas dolu qan, içir anlar yapamır könlümə qanqus çatısın. an dodaq açdı deyə dinləmədi yoll ucu mən, sanıram indi ayaq dusdağı, hər tus çatısın. durma gəl gördə qırım çəkdiyi kör qurquşumu, neçə min deşdi deşik kim ulusoy Tus çatısın. Tusi yandırmış ocaqdan kül ara köz qoru da, dərədən çəkdi yeni ənginə qoqnus çatısın. Ərğəvan andı, inandı günü göy tanrı dedi, indi allah yıxa bilməz bilə Tumrus çatısın. M.Ərğəvan DİVAN-İ ƏRĞƏVAN(53) |