Gözlərin aydın
Gözlərin aydın
Səda, səmir, səs gəlir, Qaranquşlar qayıdı, İndi aprel ayıdı, Ay da doğub, apaydın. *** Çəmənlərin, çöllərin, Aynagözlü göllərin, Görüşünə qayıdı, Göllər, gözlərin aydın. *** Cəh-cəhi bülbüllərin Harayıdı, hayıdı. Ağacların, güllərin Çiçək açan ayıdı. *** Quşların dimdiyindən Sehirli nəğmələri Qamarlayıb, qapaydın, Qəlblərə yol tapaydın. *** Ay halı birtəhərlər, Bu tüstülü şəhərlər, Zaman-zaman zəhərlər, Hava aydın, hal aydın. *** Ey Səngərli, səhərlər Səni boğur qəhərlər, Kişnər qulun, kəhərlər, Köhlənini çapaydın. ~~~~~~~~~~~~~~~~~ 09.04.2011-ci il, 14:38:10 |