Yuxulu dünyam
Yuxulu dünyam
Yuxulu dünyanın yuxu möhtacı, Yuxular şirindi, yuxular acı, Başına qızıldan qoysalar tacı, Yuxular olarmı dərdin əlacı? Yuxular aləmi bir əfsanədi, Yuxulu dünyamız xanə - xanədi, İşığlı dünyamız bəd, bəhanədi, Yuxular nikbindi, yuxular bədbin. Yuxular yollartək şaxə - şaxədi, Yuxular bal, pətək, şanə - şanədi, Həyatda yarımçığ, natamam ömür, Niyəli niskillər nəs nişanədi. Xeyirə yozular, şərə yozular, Uğursuz yollarda ovqat pozular, Sıxmasın qəlbimi qat-qat arzular, Axsasın, yubansın yuxulu dünyam. Hüseyn, ovqatım oyma - oymadı, Faxralı deməkdən dilim doymadı, Yuxumu görməyə gözüm qoymadı, Yuxuda elədi, həyatda belə. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Faxralı Şənbə, 25 iyun 2011-ci il |