Yaddaşını yandırar
Yaddaşını yandırar
Dolanda gözlərim göynər ürəyim, Yaş didəmi, söz dilimi yandırar. Yaz ayları qövr eyləyər yaralar, Sir sinəmi, köz kürəymi yandırar. Ayda, ildə yolun düşə bir kərə, Yollarını kəsməyə də bənd, bərə, Elə çökərsən ki, buz çeşmələrə, Öpüşləri dodaqları yandırar. Düşünsən, a mənin ağıllı dünyam, Məlhəmin hardadı bilmirsən guyam? Naznazı bulaqlar nağıllı dünyam, Busələri bal buxağı yandırar. Gör necə yaradıb Yaradan məni, Üzüb-süzüb, seçib sıradan məni, Əsirgəmiş dərdimə də dərməni, Dərdi - sərim öz içimi yandırar. Gözün - könlün doyanadək dolanda, Gəz dünyanı, sür dövranı, dolan da, Səngərli, didə nə, dil nə, dodaq nə, Yad ellərdə yaddaşını yandırar. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 01.08.2011-ci il |