İrəvan Çuxuru
İrəvan Çuxuru
Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Çal, çalxala dağı, daşı, çuxuru, Çağlar çayı, qum, çınqılı, süxuru, Göyçə Gölü görən indi dumduru? *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Babam yapan oba, oymağ, odada, Yatan torpağ, yerdə, yurdda, yuvada Baxaq görək kimlər qalı, kim duru? *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Bu hava həmən havamı, hal məni, O yerlərdən sürgün etdi lal məni, Din-imansız, yersiz-yurdsuz erməni? *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Yurddaşlarım uyuybdu, yuxulu, Bu havanın iyi, qoxu qorxulu, Ulu babam, sən ulusan, o ulu? *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Tarix mənə bir bambaşqa söz deyir, Səbrin olsun, bir balaca döz deyir, O yerlərə dönüşüm var, düz deyir? *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Qoy eşitsin oba məni, el məni, Aç qulağın çulu çırığ erməni Çəkmiş, çəkir, çəkəcəkdi yer məni! *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, İrəvan çuxuru oldu Yerevan, Gözəl Göyçəm hardan oldu vazgen Van? Qudurmuşlar qan qusacaq, vallah qan! *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Hayastandı hal – hazırda hay tutan, Çala – çuxur, çökəkliklər dolsun qan, Ustad Şenlik çağır gəlsin Çıldırdan! *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, O şahiddir, o yerləri dolanmış, Axan sular, buz bulaxlar bulanmış, Gözəl Göyçəm qızıl qanla sulanmış! *** Çal ay aşıq, çal “İrəvan Çuxuru”, Çal, çalxala dağı, daşı, çuxuru, Soysuzların çatıb sonu, axırı, Araz axsın, kim yaş çıxar, kim quru! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 05.02.2011-ci il |