Kim çəkəcək dərdini? , Dilim, dinim
Kim çəkəcək dərdini?
Fırladaraq, şeş - beş atır nərdini, Firon edir fərsizini, fərdini, Məlul qoyur məsumunu, mərdini, Dəli dünya, kim çəkəcək dərdini? Bu dərd səndə təzədimi, tərdimi, Sinən üstə zədə, zəhər, zərdimi, Əbləh, əclaf, əğyarların ərdimi, Dəli dünya, kim çəkəcək dərdini? İşin - gücün qalmağaldı, qadadı, Hər yan sel-su, dərya, ümman, adadı, Neçən öldü, neçəsi də badadı, Dəli dünya, kim çəkəcək dərdini? Bir qolun qoçudu, bir qolun qorxaq, Bir qolun narahat, bir qolun toxtaq, Bir qolun toxadı, bir qolun toxmaq, Dəli dünya, kim çəkəcək dərdini? Bir yanın yaxşıdı, bir yanın yaltaq, Bir yanın yaylaqdı, bir yanın yalaq, Bir yanın əlvandı, bir yanın alaq, Dəli dünya, kim çəkəcək dərdini? Bir yanın xarabdı, bir yanın xalı, Sal, tikmə daşların tökərmiş nalı, Fırıldaq, fısıltı, fır, fırtınalı, Dəli dünya, kim çəkəcək dərdini? Bir yanın çalası, bir yan çal - çağır, Bir yanın yüngüldü, bir yanın ağır, Fahişə dünyasan üz - gözdən fağır, Dəli dünya, kim çəkəcək dərdini? Yağırsa, yerinə, yurduna yağır, Kimlərsə saralır, kimlərsə sağır, Dilim söz deməkdən yağırdı, yağır, Dəli dünya, kim çəkəcək dərdini? Naxələf, nadürüst, namərdin vardı, Verdiyin verdi də, aldığın aldı, Zəmanədən necə vardı da, qaldı, Dəli dünya, kim çəkəcək dərdini? Hərdənbir naəlac, naxoşa nardı, Əslində əlilə, zəlilə mardı, Zəli, zəhlətökən, lap zəhrimardı, Dəli dünya, kim çəkəcək dərdini? Dəymə dədə, dəhşət, vəhşət bu dünya, Şərəfsizə şöhrət, şəhvət bu dünya, Kimə dəfdi, kimə dəvət bu dünya, Dəli dünya, kim çəkəcək dərdini? Xalis xülya, xata, xarabdı, xardı, Ahu - zardı, dərd - azardı, bazardı, Ay Səngərli, gəlir hələ, var ardı, Dəli dünya, kim çəkəcək dərdini? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Bakı, bazar ertəsi, 20 iyun 2011-ci il Dilim, dinim Nə teorem, nə lemmadı, Din də, dil də dilemmadı. Bölünməzdi, bir cüt dəstdi, İkisi də müqəddəsdi! Müqəddəslər od – alovda, Atəşdə belə yanmadı, Yaradandan ərmağandı, Allah, dinim, Quran- anddı! Dil anamdı, anam dildi, Düşmən göznə oxdu, mildi, Millət üçün dilim dindi, Din - imansız oyanmadı! Bayraq, himnim, gerbim kimi Milli rəmzim, atributum. Dilim ulu, din urvatım, Urvatımı uca tutum! Səngərli də gələr vəcdə, Ucalara qılar səcdə. Dilə, dinə toxunmayın Ey insanlar, sülh naminə! ~~~~~~~~~~~~~~~~~~~~~~ |