Mənsiz dağlar
Mənsiz dağlar
Duvağın çənin, dumanın, Min yerə gedər gümanın, Həsrətində hər bir anın, Mən neylərəm sənsiz dağlar? Dumanların dağılacaq, Dəyələrin qurulacaq, Çeşmələrin durulacaq, Çətin günün çənsiz dağlar. Yağıların yıxılacaq, Yaraların sağalacaq, Qamətin də şux qalacaq, Sona kimi sonsuz dağlar. Yığnaqların yığılacaq, Süfrələrin salınacaq, Nəğmələrin oxunacaq, Olmasam da, onsuz dağlar. Hardan bilim mənsə ancaq, Yoxluğuna kim yanacaq, Hüseyinin anılacaq, Məclisində mənsiz dağlar. ~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Faxralı 26.07.2011-ci il |