Han Arazım Akma, Dayan
XAN ARAZIM AXMA, DAYAN
O tay, bu taya həsrətdir, Xan Arazım axma, dayan! Bu nə hicran, nə möhnətdir, Körpüləri yıxma, dayan! Xan Arazım axma, dayan! El-elə qonaq gəlməyir, Soruşub halın bilməyir, Göz ağlayır, üz gülməyir, Qar, yağışa baxma, dayan! Xan Arazım axma, dayan! Dayansan ellər qovuşar, Xınalı əllər qovuşar, Bağlanmış yollar qovuşar, Yatağından çıxma, dayan! Xan Arazım axma, dayan! Çəkmək olmur bu hicranı, Bölmüsən Azərbaycanı, Parçalayıb bütöv canı, İldırım tək çaxma, dayan! Xan Arazım axma, dayan! Xalq qorusa yuvasını, Çəkər haqqın davasını, Əsarətin halqasını, Boynumuza taxma, dayan! Xan Arazım axma, dayan! Böyük xalqın göz yaşısan, Kür çayının qardaşısan, Dərdimizin dərt daşısan, Qəlbimizi sıxma, dayan! Xan Arazım axma, dayan! Biz düşmüşük bu nə işdir? Bu nə dövran, nə gərdişdir? O tay, bu tayı birləşdir Qorxma, dayan! Qorxma, dayan! Xan Arazım axma, dayan! Bu millətin yox günahı, Asimana çıxıb ahı, Coculunun var pənahı, Bizə qara yaxma, dayan! Xan Arazım axma, dayan! Xan Arazım axma, dayan! |