KARS AŞIĞI ÖMER DUMANLA DEYİŞME
SAZINDA “MİSRİYƏ” GƏLSƏN, AY AŞIQ
Sədəfli sazını basıb bağrına, Bir “Yanıq Kərəmi”çalsan, ay Aşıq. İçimdə alışan dərtlə oynayım, Qəmimə bir qəmxar olsan, ay Aşıq. Oynayım mərəzim dönənə qədər, Canımın atəşi sönənə qədər, Millətim düşməni yenənə qədər, Dərdimə bir çarə bulsan, ay Aşıq. Sən demə, dərtdən də adam oynayır, Həsrətdən ürəyim alışır, yanır, Çal sazını, bəlkə millət oyanır, Mənim məqsədimi bilsən, ay Aşıq. Qaçqın havasıdır “Yanıq Kərəmi”, Torpağı vermişik nahaq yerəmi, Uzanır millətin dərdi, vərəmi, Sazında “Misriyə” gəlsən, ay Aşıq. Qansızların bizlə görən qəsdi nə? Biz də duraq yağıların qəsdinə, Atlanaq yeriyək düşmən üstünə, Alnımızdan kiri silsən, ay Aşıq. Sazında “Misriyə”gəlsən, ay Aşıq. KARS İLİNİN ÜNLÜ SANATÇISI AŞIQ ÖMER DUMAN menim duvara yazdığın şiirine garşılığ nazire yazdım. AY AŞIQ SAZ YERİNE QOR BASMIŞAM BAĞRIMA ...SİNESİ KEDERLİ GULSAN AY AŞIQ SEN QUMQNDAN MENDE OLAM ESGERİN DIĞA SÜRÜSÜNE, DALSAN AY AŞIQ OYNUYAM CENG EDEM QALMIYA KEDER SİNEMDE OD VAR SENNENDE BETER MİLLETİM KÜKREYİF COŞANA QEDER HER YANA CENG HEBER SALSAN AY AŞIQ ZAFER ALAQ SEVİNCİNEN OYNUYAX HESRET BİTSİN SEVİNCİNEN QAYNIYAX GQARQBAĞI ERMENİYE QOYMUYAX NE VAHTAKİ FIRSANT BULSAN AY AŞIQ DÜŞMENİN ÖNÜNDE DURMAX LAZIMDI TORPAXI GERİYE ALMAX LAZIMDI MİLLETE KÖROXLU ÇALMAX LAZIMDI SAZIMDA PERDESEN TELSEN AY AŞIQ DUMAN OĞLU SORAR DERDE DERMANI QANSIZLARIN DÖVRANIDI FERMANI BAŞLADIMI TOZ DUMAN, TÜRK XARMANI BU ZAFERE DOĞRU YOLSAN AY AŞIQ |