Toxunulan andan fəthedilmiş sayılır qadın
yaşadıqlarımızda
arzuladıqlarımızı tapa bilmirik bunu səndə gördüm sənə çatdığım an arxasınca qaçdığımın sən olmadığını anladım həzin musiqi altında bir nöqtəyə baxıb uzun-uzadı düşündüyüm qız deyilmi bu qadın niyə həsrətini çəkdiyimiz nə varsa sevdiyimizi düşünürük həsrətlə bitib həsrətlə başlayırsa sevdalar mən həsrəti sevirəm mən toxunmağı düşündüyüm an içimdə yaranan hərarəti sevirəm mən yerini bilmədiyim amma həsrətini çəkdiyim səltənəti səadəti sevirəm mən əlçatmazlığı sevirəm mən dabanımı qaldıranda belə əlimin bir barmağı dəyən yüksəkliyi sevirəm mən gəminin bir addımlıq məsafəyə qədər yanaşmağını yaxınlaşmağını mən yolun bir addım qısa qalmağını sevirəm mən ömrün dar köynək kimi əyinə gəlməməyini sevirəm mən sevdikcə həsrətə yenilirəm mən sevgiyə qalxdıqca həsrətə enirəm sevgilər həsrətin yanında kiçik qalır neçə-neçə sevgi gizlənir bir həsrətdə İnsan sevdiyini yaşaya bilmir insan arzuladığı andakı dəlicə istəyi ehtirası yaşadığı ana daşıya bilmir elə həmişə nəyisə kimisə istəyir yaşamağın bir adı da arzulamaqdır insan ehtiyacı olanda axtarır insan ehtiyacı olanı axtarır bütün sonluqlar tamamlanmamış görünür ehtirasını öldürdüyün andan sonra arzuladığın darıxdığın qadın varsa odur sevdiyin toxunulan andan fəthedilmiş sayılır qadın |