Alıb-satdım ömrü qoz təkDərd yaladı, yedi duz tək, Barmaq çəkib baxdı toz tək. Alıb-satdım ömrü qoz tək - Mənə qaldı tıqqıltısı. Kim başıma kül ələdi, Kim tutdu, kim güllələdi?! Şah budağım “şaq” elədi, Şahə qalxdı şaqqıltısı. Budur ömrün sürüntüsü, Ha bax, yox ki, görüntüsü, Ürəyimdə döyüntüsü, Saatımda çıqqıltısı. |