DƏRDİM(31)son kiş çağı şahmatçı matından sonu dərdim , kimdən küs alım , öz gedişimdən onu dərdim . dərdim boyuca oldum oyunçu , sıcaq anlar , hər döngədə buzdanda qalın-qat donu dərdim . bilməz yerə qoşdüm cütü , son Yirmini əkindən , yersiz deyə gərgin əməyimdən Onu dərdim . hər kimdən uzaqlarda gəzirgin sonucum bu , sevda birey olmaz kimi min bir donu dərdim . çatlaq tini söykəm qılaraq uçdu köküm çün , düşdüm üzüquylu ama düzgün qonu dərdim . sondan mənə kökləndi gücüm, əkdi düşüncəm , hər düş sonu bir ponca nədir , yüz tonu dərdim . DIVAN-I ƏRĞƏVAN(31) M.Ərğəvan |