YENI(27)ansu dingin saatın çağı deyil giz , yeni giz , başa düşdüm soluğundan çilənir , iz yeni iz . ama öd sus deyə vır çaynağı qırğınca kəsin , quşqusuz bir çəlik andır əpirir , diz yeni diz . qır yağır yer-yerə asvaltı deşir kən quruşum , öylən üstü bəm ağızlar sazı zilsiz yenisiz . hansı bir nəsnə açır tin ucu tin səs dərə , səs , çağırır gəl məni ac , getmə uzaq , siz yenisiz . an ara öz baxışı , sözdə şəkil , işdə qoşuq , ki qarandaş kimi daşlarda çəkir , çiz yeni çiz . gilənardan boya tutmuş o çəkim çək özəyi , çaşma çaşdırma düşün , özdə ona , biz yeni biz . DIVAN-I ƏRĞƏVAN (27) M.Ərğəvan |