Bugün de yeni bir kalp yarasıyla
Gidiyor hayattan sabaha doğru
Taze defn ettiğim aşkın yasıyla
Yürek adımlıyor dert-aha doğru.
Galiba unuttum, geçti diyorken
Yine nerden geldin çıktın, vefasız...
Beni yalnız bırakıp giderken
Kalbimin evini yıktın, vefasız...
Nereden bilseydim yürek yerine
Sinende atıyor bir taş parçası.
Benimçin dönmüştün aşk meleğine
Meleklerin de mi yokmuş vefası?
Bu kadar ikiyüz, kalpsiz, sahtekar
Olduğunu keşke önce bilseydim.
Uydum sözlerine, aldandım, ey yar
Sana tabi oldum, sana baş eğdim...
İnmezdi gururum yüce dağlar tek
Ben onu da sana köle eyledim...
Ne kadar alçalttı beni bu yürek
Sayende kendimden nefret eyledim...
AZ
Bugün də yeni bir qəlb yarasıyla
Gedir bu həyatdan sabaha doğru
Təzə dəfn etdiyim eşqin yasıyla
Ürək addımlayır dərd-aha doğru.
Deyəsən unutdum, keçdi demişkən
Yenə hardan gəlib çıxdın, vəfasız...
Məni tənha qoyub atıb gedərkən
Qəlbimin evini yıxdın, vəfasız...
Hardan bilsəydim ki, ürək yerinə
Sinəndə atırmış bir daş parçası.
Mənimçün dönmüşdün eşq mələyinə
Mələklərin dəmi yoxdur vəfası?
Bu qədər ikiüz, qəlbsiz, saxtakar
Olduğunu k
aşki öncə bilsəydim.
Uydum sözlərinə, aldandım, ey yar
Sənə tabe oldum, sənə baş əydim...
Enməzdi qürurum uca dağlar tək
Mən onu da sənə kölə eylədim...
Nə qədər alçaltdı məni bu ürək
Sayəndə özümdən nifrət eylədim...
Sındırdın qəlbimi, heç etdin eşqi,
Ayaqlar altına atdın, vəfasız.
Bir
yalana görə puç etdin eşqi,
Taleyimə zəhər qatdın vəfasız.
İndi tək qalmışam öz dərd-qəmimlə,
Yadına salmırsan məni bir dəfə.
Oynadın çox qəddar oyun mənimlə,
Eylədin qarabəxt məni, vəfasız.
İnandım ürəkdən sənə mən bəxtsiz,
Bunu da hələ az gördün sən yenə.
Aldın ürəyimi, qaldım ürəksiz,
Yerinə qəm-qüssə verdin, vəfasız.