SƏS (14)doğru doğmuş bir görüşdən yüksəlir çağ türkusü . qorxusuz dil açdı , dilsizlərdə , susmağ türküsü . yurd boyu ərsoy gəlinlər döş çəkir doğmaq ilə , indi haykır Songulum gun doğdu qundağ türküsü . hardasan ey boz dişi , gəl dinlə hər yoldan ötən , zırna ağzında qoşur türkə qırılmağ türküsü . durma aç qollarını bas bağrına yavrum eşit , könlümün çırpıntısından bir sarılmağ türküsü . bu mənim son istəyim , sür can , qoşul son anıma , qurtuluşçum ol çılə , çilsiz bir olmağ türküsü . gəl dişim , gəl ərkəyim aslanca qaldır göylərə , dalğa dərsin bir daha bozqurdlu bayrağ türküsü . M.Ərğəvan S.P sevgili oxuculara qısa açıqlama ! SƏS qəzli başqa yayım-evində nəğməsi rədifində yayılmışdır . Ancaq bir neçə dostlar nəğməsi yerinə türküsü sözcüyünü önəri verdilər . Mən isə alqıladım və türküsü rədifi ilə sozunsozu yayım-evinə uyğun gördüm . DİVAN-İ ƏRĞƏVAN (14) |