0
Yorum
0
Beğeni
0,0
Puan
1014
Okunma
mən didərgin gözü gildir kimsəsiz ban çəkirəm .
can çalır özləminə gur səs ilə çan çəkirəm .
üzüquylu yerə düşmüş çerikəm parça-param ,
köynəyim qanlı kəfən ölməz üçün can çəkirəm .
tabut üstü yenə pay düşmədi küsgün deyiləm ,
deyə can-can bağırıb can gilə baycan çəkirəm .
beləsu doğrunu duymaq duyarın , söz duyamaz ,
işdə bir gerçək çün mən özü qurban çəkirəm .
arğışından geri qalmışlığı son kəz kim atıb ,
qaçıram ön , ona heybəm dolusu an çəkirəm .
dəli doğdurdu zaman mən dəlini , sanma dəli ,
dəli qanlı kimi qan , sevgilimə qan çəkirəm .
DIVAN-İ ƏRĞƏVAN-BAN (13)
M. Ərğəvan
21/02/2010