0
Yorum
0
Beğeni
0,0
Puan
991
Okunma
ağ göyərçin çini kimidir , qaraşın quşlar içində?
mənəm o dimdik ucu , min çilə qurmuşlar içində .
de görüm harda , nədən , doğru sözü söyləri mən tək?
ucaq üstündə tava , gündə qovurmuşlar içində .
çatısızlar ilə bir sürdüm ömür kim nə bilir mən ,
yalavac xan gedirəm boynunu burmuşlar içində .
söz doğur tanrını yerlərdə , susur tanrı sözündən ,
utanır çünki özündən , uca durmuşlar içində .
Yeni-seydən söz açır , keçmişi çin-çin çini gözlər ,
ulu soy türküsünü öncə yoğurmuşlar içində .
heç inanmırdı düşüm , düş gecə , dişlan dişi düşgün ,
Ərğəvanı doğacaq , doğru doğurmuşlar içində .
Divan-i ərğəvan - DÜŞ (4)
M. Ərğəvan
18/01/2010