İhanet, iyi başlar; ama sonunda kendine ihanet eder. lıu
Luselva
Luselva

Üsyan

Yorum

Üsyan

( 1 kişi )

1

Yorum

2

Beğeni

5,0

Puan

17

Okunma

Üsyan


Zülmət zəfər çalıb gün üzərində,
Yaralar açılıb, sızlayır ürək.
Qalmışam qışın bu gəlhagəlində,
Yarpağı tökülmüş tənha ağactək...

Qəmlə misralanıb könül dəftəri,
Uzanan saatlar bitmək bilməyir.
Yazla yay unudub biz tərəfləri,
Qış isə gələndən getmək bilməyir.

Gözümün önündə həyat məhv olur,
Ömrümün gülləri durmadan olur,
Ürəyi tərk edir nakam arzular,
Onların yerinə qəm-qüssə dolur.

Ürəksiz edirəm ürək işini,
Çün həyat itirib öz yerişini,
Dəyişməzsə tale bu gedişini,
Sonum uçurumdur, özüm də...

Ey Xuda, nəydi günahım mənim?
Ki çıxdı göylərə ahım mənim?
Qara boyandı günəşim, ayım,
Döndü zülmətə sabahım mənim?

Qönçə güllərim açmadan soldu,
Yazdığın bəndənin evini yıxdı.
Qəlbimin yoldaşı dərd-kədər oldu,
Qarşıma elə hey xəyanət çıxdı.

Hara baş götürüb gedəsən, hara?
Bu qansız zamandan, qansız dövrandan.
Üz tutub gedəsən hansı yollara,
Simasız, ikiüz bu insanlardan...

Heç kəs dürüst deyil, təmiz yaşamır,
Nu necə dövrandır, necə dünyadır?
İnsanlar şeytana uyur, aldanır,
Hər gün yeni-yeni günahlar dadır.

Tanrıdan çəkinən, qorxan qalmayıb,
Hara baxsan, şeytan, ya da əməli.
Elə bil ədalət heç vaxt olmayıb,
Tarimar olubdur haqqın təməli.

Xəyanət eyləyir gündə minlərlə,
Övlad valideynə, qardaş-qardaşa.
Tək qoyub bir-birin dərd-hüzünlərlə,
Yar-yara zülm edir, yoldaş-yoldaşa...

Ay millət, baxın bir, gör, necə haldır,
Dini təbliğ edən özü küfr edir.
Çıxardır şeytan tək yoldan aldadır,
Sonra namaz qılır, həm də zikr edir.

Aç o karlarını, qulaq as mənə,
Ayıl röyalardan, ey bədbəxt məxluq.
Taleyin bağlayıb qara daş sənə,
Qayıt xəyallardan, ay korbəxt məxluq.

Qayıt ki, görəsən sən bu həyatı,
Biləsən nə çəkir zavallı qəlbin.
Arxanca gəlibdir əcəlin atı,
Çoxdandır qazılıb, hazırdır qəbrin.

Acı olsa da, gəl, qəbul et ki, sən,
Taleyin üzünə çoxdan gülməyir.
Ömrünə həyatı başa düşəndən,
Payız, qışdan başqa fəsil gəlməyir.

Nəhayət, anla ki, xoşbəxtlik sözü,
Sənin üçün elə söz qalacaqdır.
Qəlbi kül etsə də dərdinin közü,
Sənin üçün ancaq “Döz!” qalacaqdır.

zaman bu tutqun, boz səmalarım,
Günəş üzü görüb aydınlaşacaq?
Qanadı qırılmış, yurdsuz quşlarım,
zaman bahara nəğmə qoşacaq?

Yağışlar, çovğunlar, qarlar, tufanlar,
zaman bu ömrü tərk edəcəkdir?
Qəlbimdə kök salmış kədərli anlar,
Qumda yazı kimi silinəcəkdir?

zaman “xoşbəxtlik” adlanan mələk,
Mənim də damıma bir qonacaqdır?
Başımı hərlədən o çərxi-fələk,
Nə vaxt mənə tərəf fırlanacaqdır?

zaman mənim də sahillərimdə,
Səadət günəşi pər salacaqdır?
zaman mənim də çiyinlərimdə,
“Yanındayam” deyən əl olacaqdır?

Bax, bugün də təkəm, yalnızam yenə,
Həyatın qışında, yağış, qarında.
Yenə də özüməm şərik dərdimə,
Bu içimə axan göz yaşlarımla...

Göz yaşım damlayır birbaş qəlbimə,
Yandırır içimi hər zülmət gecə.
Heyranam qəlbimin vallah səbrinə,
Hələ də yaşayır, partlamır necə...

Döyünür yenə həmişəki kimi,
Sahibisə dərddə, heysiz, qərarsız.
Qırmayır heç bir şey yaşam əzmini,
Həyatım qəddardır, yoxsa, mən arsız?




Paylaş:
2 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Üsyan Şiirine Yorum Yap
Okuduğunuz Üsyan şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Üsyan şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
ASIKLUZUMSUZ
ASIKLUZUMSUZ, @asikluzumsuz
28.12.2025 12:15:54
5 puan verdi
""Kalem usta ise, şiirin güzelliği kaçınılmazdır""....Aşık LÜZUMSUZ

HER ZAMAN OLDUĞU GİBİ, TAT VE DEMİNİ ALMIŞ, GÜZEL BİR ESER
Biz de okuduk, kutladık ve alkışladık, yazdıran yüreği, yazan kalemi
Ömrüne bereket değerli dost
Sonsuzluğun sahibine emanet olasın, sağlıcakla kalasın
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL