0
Yorum
2
Beğeni
0,0
Puan
31
Okunma
1ci bənd
Hələ mən indiyəcən sevməmişəm.
Sevginin halı nədir, görməmişəm.
Mənə əyləncə gələn hislərimi,
Sevgilim sevgi edər bilməmişəm.
2ci bənd
Elə bildim keçəcək duyğularım,
Nə bilim duyğularım sevgi imiş!
Mənə öyrətdi solan arzularım,
Ki, gedən sevgi böyük itgi imiş.
Nəqarət (×2)
Bilirəm səndə izim var.
Ürəyin içrə közüm var.
Səni qaytarmaq üçün, yar!
Nə üzüm var, nə sözüm var.
3cü bənd
O sevən qəlbə heyif dəydi əlim,
Onu sındırdı mənim öz əməlim.
Səni qırdım deyə hər gün dilərəm,
Daha səndən də betər dərdə gəlim.
4cü bənd
Heç üzülməz ürəyim gəlsə ölüm.
Deyərəm sevgilimin ahı imiş.
İndi bildim nə imiş sevgi gülüm.
Sevgi qəlbin yaşamı, ruhu imiş.
Nəqarət (×3)
Bilirəm səndə izim var.
Ürəyin içrə közüm var.
Səni qaytarmaq üçün, yar!
Nə üzüm var, nə sözüm var.
Müəllif: Anar Əhəd