1
Yorum
8
Beğeni
5,0
Puan
323
Okunma
Yar, səni ilk bilib sevəndən bəri
Mən səndə var oldum məni unutdum
İstəmədim aramızda vasitə
Səni mənə sevdirəni unutdum
Aradım-aradım bunca illərdə
Tapmadım ətrini başqa güllərdə
Dedim ki, nə hacət sən olan yerdə
Lalə, nərgiz, bənövşəni unutdum
Ən böyük nemətim, payəm sən oldun
Məqsədim, amalım, qayəm sən oldun
Tək qazancım, tək sərmayəm sən oldun
Malı, mülkü, hər mətanı unutdum
Sən yox ikən aman-güman yaşadım
Sən olandan əmin-aman yaşadım
Haçan ansam bast-ı zaman yaşadım
Əriyən zamanı, anı unutdum
Lütfün olar kevsərindən içərsəm
Varlığım puç olar səndən keçərsəm
Bütün varlığımı yoluna sərsəm
Lafı olmaz təndə canı unutdum
5.0
100% (1)