YAMANLIQ HƏR YANDA BAŞ ALIB GEDİRİndi hər yetənə inanmaq çətin, Dəyəri qalmayıb daha hikmətin... Çoxu “malalayır” gizli xislətin. Yamanlıq hər yanda baş alıb gedir. Haqdan əl üzülsə öləziyər səs, Nəfsi “cilovlamaq” əbəsdir, əbəs... Həccə “titul” üçün ayaq basan kəs, Şeytandan bir ətək daş alıb gedir. Mənlik əşya deyil, satın alasan, Məddahlıq, yaltaqlıq indi çox asan! Gərək hər vaxt ayıq-sayıq olasan, Zənn etmə dərd-bəla boşalıb gedir. Seymur, ayağından dartsa da nadan, Sənə arxa-dayaq olub Yaradan! Kim nə aparır ki axı, dünyadan, Çoxu günahına qoşulub gedir. SEYMUR SÖNMƏZ |