Başına dönüm!
Eşitdim yenə də yar diyarında,
Tüğyan edər sellər başına dönüm! Hər şey durub "O"-nun ihtiyarında, Tufan edər yellər başına dönüm! Dolu alır bərəkəti, varlığı, Əcəb fələk niyə verir darlığı? İnsanların Haqqa asikarlığı, Üsyan edər ellər başına dönüm! Bəzən min hikmət var bir müsibətdə, Hayrı da, şəri də ekiz surətdə. Qəm eyləmə belə getməz əlbətdə, Cövlan edər güllər başına dönüm! Tərk etdiyim iki gözü qubar da, Deyir sən gəlmirsən, gəlmir bahar da, Nəyi gözləyirsən qürbət diyarda, Əfqan edər yollar başına dönüm! Geri sar zamanı, bir anlıq da gəl, İndi yaşlanmısan, cavanlıqda gəl, Nişan payı gətir, qurbanlıqda gəl, Bayram edər tellər başına dönüm! |
*** BAŞINA DÖNÜM! *** şiirini, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşımı içtenlikle KUTLUYORUM...