Çəkinən
Yox şübhə ki, təqvası olanlarladı Allah,
Allahına sevdası olanlarladı Allah. O, pak və uzaqdır dəni nöqsan sifətindən, Fövqündədi xəlq etdiyi insan sifətindən. İnsanların etdikləri nöqsandan amandır, Çün səhvi edən insana öz səhvi ziyandır. Yə’ni olunan fitnə zərər Rəbbə olunmaz. Həmçində itaətdə səmər Rəbbə olunmaz. Xeyriyyəni zənn eyləmə Rəhmanə xeyirdir, İnsan eliyən yaxşılıq insanə xeyirdir. O, ruzi bölüb bəndələrə mərtəbə verdi, Bu yolla yaxınlaşmağa bir vasitə verdi. Ondan çəkinən bəndə fəzilətlərə malik, Nitqində həqiqətlərə, hikmətlərə malik. Bir orta libasnan dolanıb sadə gəzəndir, Hər yerdə təvazö ilə dünyadə gəzəndir. Allahı rəva bilmədiyi şeydən uzaqdır, İnsanə xeyir, fayda verən elmə qonaqdır. Dünyada əsir olsa çətinliklərə hər gün, Hər vaxt eliyib səbr gələr möhnətə üstün. Allah yetirən ne’mətinə şükr eliyəndir. Allahla olan ülfətinə şükr eliyəndir. Qalxıb yuxusundan gecə Rəhmanə ibadət Etdikcə, təfəkkürlə edər ayə qiraət. Eşqində pərişanlığı Qur’anla edər qərq, Baxsan üzünün nuruna imanı olar bərq. Tə’rif desələr şə’ninə hər an həzər eylər, Çün halidi tə’rif ona ruhən zərər eylər. Allah bizə söylər halı, qorxub, çəkinəndən, Var ayə nişan əhvalı, qorxub çəkinəndən. Ondan çəkinən bəndələrin tükləri biz – biz.* Zikrin eliyəndən sora qalmaz bir əsər iz. * Zümər surəsi ayə 23 Müəllif: Anar Əhəd |