Kimisən
Hamı insandı fəqət sən nəsə insan kimisən!
Mənə vəhyin deyib anlatdığı şeytan kimisən. Səni sevdirdi bizim xalqa çürük mollalarun, Əlinin bənzərisən natiqi - Qur’an kimisən. Qara əmmamə geyib minbərə çıx hökmünu ver, Yeri titrət, göyü yar Xaliqi - Sübhan kimisən. Heçnə uydurmamışam vallah həqiqətdir bu, Mənim ölkəmdə olan səylərə Rəhman kimisən. İt hürər quyruğu yellər bu onun xislətidir, Lətifə səndən uzaq şir kimi, aslan kimisən. Dövlətin isminə islam adı verməklə deyil, Bütün aləm ki bilir, üzdə müsəlman kimisən! Qələmin yaydı Anar, dart onu, sərt olsa əgər, Hədəfindən vuracaqsan sözü peykan kimisən. Müəllif: Anar Əhəd |