Bu bayramŞiirin hikayesini görmek için tıklayın NOVRUZ 2021
___CANN AZƏRBAYCAN
...N O V R U Z...... .....(bu bayram).... Dağlarda çiçəkdi aranda çəmən İyidin könlündə yardı bu bayram. Kimi nərgiz sevər, kimi yasəmən Sinəmdə əriyən qardı bu bayram.. Yandırdım ataşı, atıl batıla. Atladım üstünnən bəxdim açıla. Getsin bu agırlıq, bitsin bu çilə Agaçlarda açan bardı bu bayram. Bu bayram alacam xələt bacıma. Bu bayram salacam şenlik acıma. Bu bayram bir umut dolur içimə Ürəklərdə yanan nardı bu bayram. Açıldı lalələr, oyandı torpaq. Mənə bay bay edir agaçda yarpaq. Gəldə sinilərdə çəməniyə baq. Turan ellərində cardı bu bayram. Ölüyə hörmətdi, diriyə sayğı. Məsrəfə girməkdən edilmez qaygı. Ən gözəl şəkildə nədirsə layıqı. Bütün könülləri sardı bu bayram. Qonşular dolanır qulax asmaga. Gənç qızlar yıqılır qırxgöz kəsməyə Qapıdan şal atıb orda pusmaga. Gənçlərin əlində şaldı bu bayram. Uşaxlar dolanır pay toplamağa. Cavanlar yığılır ip atlamaga. Analar oturub şal baglamaqa. Qohuma qonşuya paydı bu bayram. Yumurta qızardıb döyüşdürəllər Sınıb qırılanı dəyişdirəllər. Sorada oturub yeyişdirəllər. Qanfetdi, noğuldu, baldı bu bayram. Məşalə yandırıb atardıq göyə Zulmat aydınliga bürünsün deyə Nişanlılar gedir gəlin görməyə Hörmətnən içilən çaydı bu bayram. Heyatında Ateş yanar hər evin. Noğulu, kişmişi var yeddi ləvin. Rahim’i deyirki gəl səndə sevin. Dadı damağımda qaldı bu bayram. TÜM XALQIMIZA MÜBARƏK OLSUN rahim’i Rahim Çətinqaya |