0
Yorum
9
Beğeni
5,0
Puan
735
Okunma

Yaşam ve insan
HAL BELƏ BELƏ
Dünyadan küsübdü bu dəli könlüm
Xeyrinə şərrinə qarışmır artıq
Məzlumun fəryadı ərşə ucaldı
Rahim’i zalımla barışmır artıq
Zorbanın əlində qalıbdı dünya
Yoxsulu açlığa salıbdı dünya
Ədalətdən uzaq qalıbdı dünya
Haqqın tərəzisi çalışmır artıq
Dini alət edib əməllərinə
Sırtını dönübdü səvənlərinə
Xurafə doldurub təməllərinə
Cəhalət təqvayla görüşmür artıq
Acınnan mədəsi döyünüb durur
Organlar birbirin yeyinib durur
Ürəyi çırpınır kürəyə vurur
Bədən iflas edib çalışmır artıq
....rahim’i
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.