Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Anar Əhəd
Anar Əhəd

Güc üçün can atanın məqsədi sərvətdə olar

Yorum

Güc üçün can atanın məqsədi sərvətdə olar

( 1 kişi )

1

Yorum

4

Beğeni

5,0

Puan

932

Okunma

Güc üçün can atanın məqsədi sərvətdə olar

Güc üçün can atanın məqsədi sərvətdə olar.
Özü qəflətdə olar, xalqısa zillətdə olar.
Talayar millətinin haqqını qarətdə olar.
Özünün zənn eliyər, hər şeyə fürsətdə olar.
Cismi işrətdə olar, ruhusa möhnətdə olar.
Gözünün görmədiyi bir qara zülmətdə olar.
Unudar Rəbbini ki, sonda qiyamətdə olar.

Canlı, cansız sıxılan hər nə ola məhv olacaq.
Dağılar cansız olan, canlısa ruhən solacaq.
Oturub səbr edəcək ki, nədi iman qalacaq!
Kasanın yırtığı yoxdur və nəhayət dolacaq.
Çıxacaq meydana üsyan ilə haqqın alacaq.
Axı insan nə qədər ömrü səfalətdə olar!
Bir gün millət bezərək sənlə ədavətdə olar!

Çıxacaq vəd eliyən cəlb olacaq diqqətimiz.
Xoş şüarlar adı altında coşar cürətimiz.
Bərələn gözləri heyrətdə qoyar vəhdətimiz.
Yeni rəhbər seçilər hasil olar niyyətimiz.
Əli hər şeydən üzülmüş füqəra millətimiz.
Yerüvə göz dikənin cızdığı bir xətdə olar.
Sənə düşmən kəsilər kin ilə nifrətdə olar.

Yuxulu xalqımızın bənzəri var xəzri, yelə.
Ayılıb tam oyanan an dönəcək güclü selə.
Bu gücə qarşı çıxan olmadı dünyadə hələ.
Sonu heç yaxşı deyil ölkəmizin, qalsa belə.
Xalqı çək eşq ilə ətrafına müdrüklik elə.
Rəhbərin həm gücü, həm sevgisi millətdə olar.
Dağa söykənməyənin ömrü xəyanətdə olar.

Müəllif: Anar Əhəd

Paylaş:
4 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Güc üçün can atanın məqsədi sərvətdə olar Şiirine Yorum Yap
Okuduğunuz Güc üçün can atanın məqsədi sərvətdə olar şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Güc üçün can atanın məqsədi sərvətdə olar şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
İsmailoğlu Mustafa YILMAZ, @ismailoglumustafayilmaz
1.6.2019 18:18:37
Güzel İnsan;
Tebrik ederim ve yürekten kutlarım…

.................................................... Saygı ve selamlar..
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL