...YETƏR
***
*** Çox şey istəməm ki,sarı çiçəyim, Kəpənək ömrümdə sən varsan yetər. Elə məlhəm olub bari,çiçəyim, Yaramı üstündən bir sarsan yetər. * Mutluluq gəzirəm sənə nə vaxtdan, Olduğun yerləri salıb ayaqdan, Eşqdən,məhəbbətdən,xudadan,haqdan Üzülən əlimi tutarsan yetər. * Şehi dodağının təzə tər,içsəm, Alıb nəfəsimi birtəhər içsəm, Olur mu əlindən bir zəhər içsəm Ölüb bu dünyadan qurtarsam...yetər! *** |
Qelemin susmasın
______________________________Salamlar