YAZIRAM
Öz qəlbimi sirdaş edib özümə,
Göz görəni yaxşı-yaman yazıram. Sığınmışam dəyanətə, dözümə, Diləyirəm Haqdan aman, yazıram. Çoxalıbdır zəri misə qatanlar, Yaxşı ilə yamanı bir tutanlar. Qeyrətlini qeyrətsizə satanlar Gözlərimə dəyən zaman yazıram. Tapılmasa dərdi qanan bir kəsim, Boğur məni həm nəfəsim, həm səsim. Danışmağa olmayanda həvəsim, Qələmimə edib güman, yazıram. Əflatunam, namərd gəlmir xoşuma, Sözlərini heç almıram guşuma. Hərdən-hərdən fikir alır, başıma Elə bil ki çökür duman, yazıram. 21.09.2018. |
Kalemin susmasın
_______________________________Selamlar