Qəzəl
Rəcəz bəhri
Müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün Yə’cuc çıxar, Mə’cuc çıxar, bu ayədir mə’na çıxar. İnsan yeyib, heyvan udan əfsanələr əmma çıxar. Boydan uzun, enni qulaq yorğan edər, yastıq edər, Saxla nağıllar aləmin minbər üçün ə’la çıxar. Qur’anda bir dabbə keçər təfsir olub nöqsan ilə, Millət uyub iman edib məhv olmamış dünya çıxar. İnsan inamsızlıq edər, yerdir o gün şahid olan, Məhşər üçün bir ayədir, dabbə desən hoqqa çıxar. Ümmət oyan! bu səhvləri mən yox, edən alim olub, Ön dörd əsir lay lay olar Mehdi çıxar, İsa çıxar? Mehdi üçün gözdən axan göz yaşların cəm eyliyin, Dünyamızın zalımların boğmaq üçün dərya çıxar. Ya Rəbb Anar Səndən dilər ilham elə qəlbim duyar, Haqqın yolun Səndən alım, Səndən yazım fayda çıxar. Müəllif: Anar Əhəd 1 – 2 beyt. Kəhf 94 / Ənbiya 96 3 – 4 beyt. Nəml 82 |
Çok güzel ve haz veren bir gazel okudum...
Tebrik ederim...
KURBAN BAYRAMINIZ KUTLU OLSUN…(Bayramın 4. günü 24.08.2018)
............................................ Saygı ve selamlar..