Tarixi yaddaşla....Tarixi yaddaşla.... Günlər ayla aysa illə qovuşur, Ömür gündən həyat belə bac alır... Gənclik gəlir,vaxt gözləmir ötüşür, Müdrükləşib insan belə qocalır... İstək çoxdur,arzularsa tükənmir, Gün tələsir,ayla köçür durmadan. Zaman yükü ağır,insan çəkəmmir Bel bükülür yaş artdıqca sormadan... Həyat sirli tamaşadır ötəri Yaradır,yaşadır həm yola salır... Anla gəlişinlə gediş dəyəri, Həyat əmanətin zamanda alır... Həyat öz dövranın sürür zamanla, Əməlin nədirsə izi qalacaq. Tamaşa deyilən qoca dünyanın Tarixi yaddaşla özü qalacaq. Bir ömür verilir başda da ağıl, Yaşa qeyrət ilə rəhmət oxunsun... Olma tamah gücə kölə bir nağıl, Köçəndə ruhuna xətər toxunsun... 20.03. 2018. |
Gönlünüz ve kaleminiz daima üretken olsun...
.............................................. Saygı ve Selamlar..