Türk bayrağı, türk əskəri
Türk bayrağı, türk əskəri
Babam qoç Koroğlu, yalı, yaylağı, Çənlibeldi dəlilərin oylağı. Türk əskəri gəzən yerdə Səkə bilməz namərd yağı ! Şenlik babam bal üstündə bir arı, Şair Nəbim saz-sözün bayraqdarı. Türk əskəri gəzən yerdə Səkə bilməz namərd yağı ! Atatürkdən əmanətdi Türklük rəmzi, göz dağı. Dünya bayraqları səf–səf düzülsə, Bayraqların baş tacıdı bayrağı ! Ağrıdağa söykənmişəm, arxalı, Mahalım Borçalı, elim Faxralı. Türk əskəri gəzən yerdə Səkə bilməz namərd yağı ! Türkə asi cümlə - cahan Qurban sizə məhmətciklər. Türk əskəri gəzən yerdə Səkə bilməz namərd yağı ! Canı canımdı, demişəm, Qanı qanımdı, demişəm. Türk əskəri gəzən yerdə Səkə bilməz namərd yağı ! Dalğalanar dağ üstündə, zirvədə, Kişi kimi öləndə də Bürünər Türk bayrağına Türk oğlu, Türk əskəri, Ay Hüseyin Faxralı ! ~~~~~~~~~~~~~~~~~~~~~~ 04.02.2018 0:27 |