Olarsız "barbar" bilirəm.Olarsız “barbar” bilirəm... Türk düşmənlərinə. Mənə dərs keçmə hədər,içdə nəyin var bilirəm, Terrorun babasısan söyləyim aşkar, bilirəm. İnsan haqqı deyilən dilində şüardı sənin, Tələli hiylələrin başında azardı sənin, Qanundan dəm vurursan,qanunun bazardı sənin, “Dünüya beşdən deyil”, etdin özün xar bilirəm, Terrorun babasısan söyləyim aşkar,bilirəm. Gözün ac,için xarab, atırsan əl özgə qaba, Qab içdə güclü əl var,çək əlini şeytan sıpa... Dilinə verib gücü basma qazlı hapa-gopa, Türk gücün görüb qorxub ağladın zar-zar bilirəm, Terrorun babasısan söyləyim aşkar,bilirəm. Şeytanın quyruğusan oynayıb iyrənc oyunu, Hədəfə gətirirsən terrorçu soysuz soyunu, “Zeytun budağı” sənin “qamışla ölçüb boyunu”, Verərək tarixi dərs “cızdığın” pozar bilirəm. Terrorun babasısan söyləyim aşkar,bilirəm. Türkə kəfən biçənin keçər kəfən öz başına, Oynayıb kirli oyun atma duzu haqq aşına, Tarixi yaradan Türk, bağlıdı torpaq daşına, Atma ki Türkə çamur varlığın qazar,bilirəm, Terrorun babasısan söyləyim aşkar,bilirəm. PeKeKa, DAEŞ səndə “əqli” əsərdi aləmə, Bunların aşiqisən, apar elində qoy dəmə... Bəsləyib “hibritləşdir” olsun sənə eşqli gənə, Zamanla tutacaqsız sağalmaz azar bilirəm, Terrorçu babasısan söyləyim aşkar,bilirəm. Söylədim yüngülvari olayın “texnik” üzünü, Düşmənlik toxum səpən hiyləli xaçlı közünü, Türk gücü göstərəcək haqla dürüstün özünü, Bu gücü görməsəniz olarsız “barbar”bilirəm, Terrorçu babasısan söyləyim aşkar,bilirəm. 2018. Barbar: (yun)-Vahşi,faşist barbar. |
Tebrikler.