İÇİNDƏ
Nə gözəl yaradıb səni yaradan,
Bir incə çiçəksən güllər içində. Varlığın hər yanı nura bələyir, Sevgi dastanısan ellər içində. Yığıbsan dünyanın gözəlliklərin, Onun nişanının mən deyim birin. Çəkibdi belini əlvan kəmərin, İncədən incədi bellər içində. Yeganə gözəlsən sən ki bir belə, Az dedim mədhini, çox olar hələ. Yaraşıq olubsan obaya, elə, Tərifin dolaşır dillər içində. Sənsən bu aləmin yar-yaraşığı, Əflatun sənin tək bir yar aşığı. Həftən, günün, ayın ömrün işığı, İllərin xoş ola illər içində. 16.01.2018. |
Kalemin susmasın
___________________________Selamlar