Hayat,gelme üstüme...
Həyat,gəlmə üstümə...
“Yorulmuşam,həyat gəlmə üstümə”, Haqsızlıkla çox durubsan qəsdimə... Haqdan sapan hiyləli zamanınla, Yandırırsan, kor olacan tüstümə... Varlığında görüntün var,işin puç, Haqq sorğuda varlığının özü suç... “Ata əti verib itə samanı” Qoymursan haqq işə qalsın bir ip uc... İnlədərək,sızladaraq məsumu, Xərac alıb artırırsan “rüsumu”, Qoltuq altda şərəfsizlər bəsləyib Tərs yozursan haqq işlərdə yozumu... Aman vermək işin deyil,bilirəm, Dərd yüklədin,onla qəlbim dəlirəm... Qismət,tale ümüd verən sözüymüş, Boş ümüddən gözləntini silirəm... Verdiyini həyat gizlin alırsan, Hiylə tələ siyasətlə qalırsan. Kəsəyən döl ərzaqlara sırıyıb, İnsan əqlə kəsəyən iz salırsan. “Turşulu”zamanın barıt qoxulu, Çuvalın hazırdı artıq toxulu... Savaşın düyməylə raket oyunu, İnsana olubsan həyat, qorxulu... Ağlar qoydun,qəm içində üzürəm, Haqqı sorub səndə onu gəzirəm... Şeytanlığı qucağında görəndə Bu halına acıyaraq küsürəm. “Yorulmuşam,həyat gəlmə üstümə”, Haqsızlıkla çox durubsan qəsdimə... Haqdan sapan hiyləli zamanınla, Yandırırsan, kor olacan tüstümə... 2017. |
Qelemin susmasın usta
____________________________________Salamlar