SƏN MƏNİ UNUDA BİLMİYƏCƏKSƏN
Qaçmaq istəsən də düşüncələrdən,
Yuxuna gələcəm, hey görəcəksən. Silmək istəsən də xatirələrdən, Sən məni unuda bilməyəcəksən. Mən o mən deyiləm çəkəm nazını, Çevirib borana, qışa yazını. Gedəcəm, sonunda yazıb yazını- Sən məni unuda bilməyəcəksən. Məni axtaranda gözün dolacaq, Fəryadın aləmə haray salacaq. Hər yerdə nişanəm, izim qalacaq, Sən məni unuda bilməyəcəksən . Ömrünə yağmışam leysanlar kimi, Təəssüf edərsən peşmanlar kimi. Vaxtında heç sandın bu saf eşqimi, Sən məni unuda bilməyəcəksən. İndi ayrılığın çıxar sən dadın, Ucalsın göylərə ahın, fəryadın. Saxla yaddaşında ömürlük, Qadın, Sən məni unuda bilməyəcəksən! YAZAR:SEYMUR SÖNMƏZ PAŞAYEV |