Ürəyindən nələr keçir de gülüm.
Bu gün bəxtin gətiribdi yamanca
Yetirəcəm nə desən mən arzunca Gizli süzgün hərdən belə baxınca Ürəyindən nələr keçir de gülüm. Günəş olub yollarına saçaram Sən çağırsan quştək qanad açaram Vüsalına vüsal dolu çataram, Ürəyindən nələr keçir de gülüm. Gəl yaşıma fikir vermə baş ağdı Qar bürümüş o,tey dağlarda ağdı Könlüm dindi qəlbim coşdu çağladı Ürəyinnən nələr keçir de gülüm. Məhəbbətdir adım,eşqdir soyadım Nəğmə ilə səni özüm oyadım, Min diləkdən,bir arzuna mən çatım Ürəyinnən nələr keçir de gülüm. Zülmət gecə şəmin olub yanaram, Tellərinə çələng hörüb taxaram, Sübhə kimi hey qadanı alaram Ürəyindən nələr keçir de gülüm. Seymur alıb Kəpəzindən məğrurluq Mənim görə sənin üçün nə qulluq Gəl olmasın,həsrət hicran soyuqluq Ürəyindən nələr keçir de gülüm. Yazar : Seymur Sönməz Paşayev |
___________________________________________Qelemin susmasın