Oxuma
Gətirib məscidə bir tərcümə Qur’an oxuma.
Yığıb ətrafına üç – beş nəfər insan oxuma. Buranın sahibiyəm sən mənə meydan oxuma. Danışıb din belə, məzhəb belə dastan oxuma. Eliyib ayələrin şərhini e’lan oxuma. Mənim eybim görünür ay cavan oğlan oxuma. Açılır hiylə kələklər sənə qurban oxuma. Mən bəlağətlə edib ümməti heyran özümə, Ağılın əldə tutub bağlamışam öz izimə. Sən də ki, ayə deyib haqqı soxursan gözümə. Oxuma tərcüməsin qado alım bax sözümə, Oxuyarsan oyanarsan tüpürərsən üzümə, Xortdadarsan məzarımdan ölü vicdan oxuma. Eliyərsən məni sən it kimi peşman oxuma. Gələ alim kitabın al dədəmin yadigarı, Bir əsir oldu tamam rəngi solub, üstü sarı. Bunu təbliq eliyincən ömürüm oldu yarı. Axı Qur’an sənə çatmaz, onu öp, çək tumarı, Sora bük qədtəzə bir dəsmala qoy ən yuxarı. Kitabın varlığı olsun sənə dərman oxuma. Desələr lap oxu nadan! Oxu nadan! Oxuma. Nə yaman diqqət olur tərcümə Qur’an kitaba. Bunu kim tərcümə etmiş? Öyü qalsın xaraba. Nə qədər söyləyim ərəbcə oxu çat savaba. Yeni bir fitnə tapıb soxmalıyam haqqısaba. Kəkilimdən məni dartıb sürələr lap əzaba. Yenə murdarlıq edib vermərəm imkan, oxuma. Olaram şeytana dost, Xaliqə duşman oxuma. Müəllif: Anar Əhəd |
Kalemin susmasın
_____________________________Selamlar