Deyirler...
Deyirlər...
İnsanın ömürü ötəri ancaq, Köç edir həyatı hərə bir sayaq... Axirət gününə qoyanda ayaq, Qalar bu həyatda əməl deyirlər, Qismətdən yaranmış təməl deyirlər. Tanrının verdiyi işıqlı bəşər, Hər canlı qəlbinə haqq ilə düşər, Əməli insanın çaşar dəyişər, Törədər yaşama əngəl deyirlər, Qismətdən yaranmış təməl deyirlər. Birisi var-dövlət xəstəsi olar, Biri də haqq yolda haqq ilə qalar, Bəzisi boğazçün əl-ayaq yalar, Belə maymaqlara əfəl deyirlər, Qismətdən yaranmış təməl deyirlər. Tanrı yaratdığın anla,qəbul et, Dərk edib insanlıq amalına yet, Haqq yolu axtarma,özün haqla get, Bu yolçu yoluna özəl deyirlər, Qismətdən yaranmış təməl deyirlər. Nəfisin hökmünə gəl əsir olma, Şeytan xislətiylə xəyala dalma, İnsan ol,vicdanı ləkəyə salma, əNə etsən ödərsən bədəl deyirlər, Qismətdən yaranmış təməl deyirlər. Öyünmə gücünlə,ağlına güvən, Ömür yolçususan,yoluna güvən, Sonucda olacaq olana güvən, Bayram,bu soruma əcəl deyirlər, Qismətdən yaranmış təməl deyirlər... 10.01.2016. |
Kutlarım...
........................... Saygı ve Selamlar.