Düşmeni bilirsen...Düşməni bilirsən... Düşməni bilirsən düşməndi,dinlə, Dost deyib ayaq alt qazandan qorun... Söz verib vədini tərsə fırladan, Vədi anlamayıb pozandan qorun... Dələduz çoxalıb,vicdan dəyişib, İnsanda insanlıq iman dəyişib, Can deyib sevdiyin insan dəyişib, Etibar etdiyin zamandan qorun... Dünya çalxalanır şeytan əlində, Məhv edir varlığı bəd əməlində. Ədalət gəzilir biclər dölündə, Haqqı haqsız kimi yozandan qorun... “Siyasi” gedişdə tələlər quran, İnsan varlığının qəsdinə duran, Üzünə gülərək arxadan vuran, Yaltaq,insan yolun azandan qorun... Həyat coşqundursa,gedişi qəliz, Güldürür,ağladır,vaxt ötür səssiz, Hər nədən güclüdür tamah güc nəfis, Qanuna “qanunlar”yazandan qorun... Bayram çox görübdür əyrini,düzü, Yerində deyibdir haqq deyən sözü, Saxta sözlər ilə qəlbdəki közü, Böhtanı məsumdan asandan qorun... 2016. |
Samimiyetimle kutlarım…
........................................ Saygı ve Selamlar….