Ayrılıq_Küləyi
Tənhalıq küləyi əsirdi bir sabah,
biraz üşüdüm. Otağımın qapısı cırıldayır sanki sənsizlik qapımı açıb,qaçır. Gecəmin sükutuna qışqırır xəyallarının şıltaqlığı Fikirlərimin dalğası sənin, sahillərindən uzaq Ayaq yalın qaçan bir uşaq tək, qaçıram, sənə gedən yollardan Məhbus oldum, yalnızlığın ,sən qoxan hüzurunda Gedənlər getdi, bütün yollara verildi ayrılıq adı Susqunluğumu yorğunluq dəfn etdi. Yarımçıq qaldı yazılmamış məktublar, intihar edən sevgilər. Qəlbimin qaranlıq otağında sənsizlik masasında içirəm. Sevgi virusunun əbdiliyinə yoluxmuş xəstəyəm Dərdlərimin adı sən, yaralarımın izi yoxluğun İki qədəh bir parça şeir qalıb səndən, mənə Yalnızlıq limanında buraxdığın izləri axtarıram. Sevgi gəmisinin ,ayrılıq kapitanı. Anar_Arlin |