FETOÇUYDU BIR ZAMAN
FETOÇUYDU BİR ZAMAN
Fetoçuydu bir zaman bu millətin yarısı, Məsləkindən dönməzdi nə kocası , karısı. Feto çıxıb taxtına hönkürüb ağlayardı, Millət şivən qoparıb sinəsin dağlayardı. Başkan da, başbakan da ondan razı qalardı, Bakanlar da bu işdən çox feyziyab olardı. Dəyanət başqanıydı, adı-sanı var idi, Diz çökən aşiqləri necə bəxtirar idi. Nə oldu döndü Feto, qorxulu insan oldu, Belə böyük bir xalqı dərdə bəlaya saldı. Feto yaman fetoymuş, axır ki, baş kəsənmiş, Fetoçular Yezitmiş, bakanlar da Həsənmiş. Hamı feto adlanır, bir- birini danan çox, Qurunun hesabına yaş olub da yanan çox. Tuta-tutlar başlayıb, kim günahgar bilinmir, Qara dəftərə düşən daha ordan silinmir. Ana lazım ağlasın xalqın düşkün halına, Bir körpə uşaq kimi şələləsin dalına. |