Hayat şirindir...
Həyat şirindir.....
“Yaşlıyam”Nesrin Sibahi. Aynaya düz baxanda Qəlbimdə gənc görürəm, Ağarmış saçlarımda Nurlu sevinc görürəm, Ürək yaman çırpınır Eşqə nadinc görürəm. Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... Baxdıqca üzümdəki Mənalı qırışlara, Düşdüm nəsihət adlı Söhbətli yarışlara, Dəliqanlı gəncliklə Məcburam barışlara, Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... Göz önündə canlandı Baxışla nurlu dədəm, Baxışları söyləyir Haqq yolda haqla gedəm, Eşqim,varım ,canımla Elimə xidmət edəm, Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... Üzümdəki qırışlar Xatirələr sorağı, Türklük adlı birlikdə Olan Turan marağı, Düşmənə baxışlarım Türklüyümün yarağı, Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... Göz önümdə canlandı Başımda dağın qarı, Rəbbim gözəl yaratmış Türkə Türklük diyarı, Aləmdir yayı,qışı Payızı həm baharı, Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... İnsanın uşaqlığı, Gəncliyin öz səsi var, Yaşlandıqca nə isə Yaratmaq həvəsi var, Müdürik yaşlarında Hikmətin nəfəsi var, Həyat şirindir,şirin Sevdası sonsuz,dərin... 07.12.2015. |